Valdas Urbonas: İsti hava və azarkeş amili bizə psixoloji təsir etdi
21.07.2009 - 22:32
Valdas Urbonas: İsti hava və azarkeş amili bizə psixoloji təsir etdi
“Təbii ki, uduzmağımızın səbəbləri var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Ekranas” klubunun baş məşqçisi Valdas Urbonasa məxsusdur.

Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Bakı”ya uduzan (2:4) qonaq komandanın çalışdırıcısı məğlubiyyətin səbəblərindən birini də hava ilə əlaqələndirib: “Hava isti idi. Üstəlik də, meydan sahibləri böyük azarkeş dəstəyinə malik idi. Bu amil bizə psixoloji təsir etdi”.

Bununla belə, Urbonas deyib ki, komandası zəif təsir bağışlayıb: “Heç nədən qollar buraxdıq. Meydan sahibləri ikinci qolu vurandan sonra bizim futbolçularda ruh düşkünlüyü yarandı”.

Litva çempionun çalışdırıcısı sonda bildirib ki, “Bakı” belə oynasa üçüncü təsnifat mərhələsində Bolqarıstanın “Levski” klubunu keçəcək.
0