Qyoko Hacıyevski: Məqsədimiz mərhələ keçmək idi, buna da nail olduq
21.07.2009 - 22:44
Qyoko Hacıyevski: Məqsədimiz mərhələ keçmək idi, buna da nail olduq
“Məqsədimiz mərhələ keçmək idi ki, buna da nail olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski “Ekranas”la Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Paytaxtın eyniadlı təmsilçisinin makedoniyalı çalışdırıcısı bildirib ki, bu oyun səviyyəli komanda yaratdıqlarını göstərdi: “Qələbə qazandığımız üçün çox sevinirəm. Stadiona xeyli azarkeş gəlmişdi ki, qələbədə onların da payı oldu. Sloveniyada keçirilən sınaq matçlarında əldə etdiyimiz nəticələrin təsadüf olmadığını sübut etdik. Növbəti mərhələdəki rəqibə gəlincə, “Levski” klubunu yaxşı tanıyıram. Güclü komanda olsalar belə, Bolqarıstan təmsilçisinə qarşı layiqli mübarizə aparacağıq”.

Qeyd edək ki, səfərdə “Ekranas”la 2:2 hesablı heç-heçə oynayan “Bakı” öz meydanında qələbə qazanıb – 4:2.
0