Cəmşid Məhərrəmov “Levski”yə qarşı da oynamayacaq
22.07.2009 - 11:39
Cəmşid Məhərrəmov “Levski”yə qarşı da oynamayacaq
“Bakı” klubunun sıralarına qayıdan Cəmşid Məhərrəmov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Levski” (Bolqarıstan) ilə oyunlarda da iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü olan 26 yaşlı müdafiəçi komandanın məşqlərində iştirak etsə də, növbəti mərhələ üçün sifariş oluna bilməz. UEFA-nın qaydalarına görə, təsnifat mərhələsində iştirak edən komandalar qrup mərhələsinə qədər təqdim etdikləri iştirak ərizələrində dəyişiklik edə bilməzlər. ÇL-nin qrup mərhələsinə düşmək çox çətin vəzifə olduğundan, Cəmşid avrokuboklarda cari mövsümü buraxmaq məcburiyyətindədir.

Qeyd edək ki, Məhərrəmov mövsüm bitəndən sonra “Bakı”nı tərk etsə də, sonradan geri qayıtmağa üstünlük verdi.
0