Nokauta düşən boksçu öldü
23.07.2009 - 14:06
Nokauta düşən boksçu öldü
Meksikalı boksçu Marko Antonio Nasaret nokautla uduzduğu görüşdən 4 gün sonra dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, iyulun 18-də məşhur meksikalı boksçu Xulio Sezar Çavesin oğlu Omarla döyüşən Marko ilk raundda nokdauna, dördüncü raundda isə nokauta düşüb. Rinqdən xərəklə çıxarılan Nasaret xəstəxanaya aparılıb. Elə həmin gün onun beynində cərrahiyyə əməliyyatı olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Nasaret Çaveslə ilk dəfə ötən ilin aprelin 28-də görüşərək, dörd raunddan sonra xal hesabına uduzub. Ümumilikdə, o, peşəkar boksda keçirdiyi 8 görüşün yarısında qələbə qazanıb (üçü nokautla), yarısında (üçü nokautla) uduzub.
0