Rəşad Sadıqov: Bu, bəlkə də mənlik yox, Allahın işi idi
23.07.2009 - 22:05
Rəşad Sadıqov: Bu, bəlkə də mənlik yox, Allahın işi idi
“Çox çətin qarşılaşma oldu. Belə ağır görüşdə qazandığımız qələbəyə görə çox sevinirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rusenborq” üzərində tarixi qələbədən sonra “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov jurnalistlərlə söhbətində deyib.

Milli komandamızın kapitanı bildirib ki, Norveçdəki ilk görüşlə müqayisədə bu dəfə əks-hücumları çox kəsərli alındı: “Ola bilər ki, oyunumuzun səviyyəsi yüksək deyildi. Əsas odur ki, nəticə qazandıq. Türkiyədə də deyirlər ki, pis oyun olar, amma pis mübarizə olmur”.

Sadıqov sonda vurğulayıb ki, matçın sonlarında “Rid”lə oyun yadına düşüb: “Onda qələbəyə yaxın idik. 85-ci dəqiqədə “Rid”lə oyun yadıma düşdü. Son dəqiqələrdə qol buraxaraq, mübarizədən kənarda qaldıq. Şükürlər olsun ki, bu dəfə belə olmadı”.

Müdafiəçi vurduğu qola da aydınlıq gətirib: “Düzünü desəm, vurduğum qol yadımda qalmayıb. Gərək matçın videoyazısına baxam. Bu, bəlkə də mənlik yox, Allahın işi idi”.
0