“Qalatasaray” da mərhələ keçdi
24.07.2009 - 01:01
“Qalatasaray” da mərhələ keçdi
Türkiyənin “Qalatasaray” klubu avroliqanın üçüncü təsnifat mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Qazaxıstan təmsilçisi “Tobol”u mübarizədən kənarlaşdırıb – 2:0. İstanbullular qolları ikinci hissədə vurublar. 63-cü dəqiqədə Sarp, uzatma dəqiqələrində isə Sərvət Çətin fərqlənib.

İlk oyunda 1:1 hesabı qeydə alındığından, “Qalatasaray” da “Qarabağ” kimi növbəti mərhələdə mübarizəni davam etdirəcək.
0