“İnter” Sofiyada qara sarğı ilə çıxdığı meydandan sülhlə ayrıldı
24.07.2009 - 10:47
“İnter” Sofiyada qara sarğı ilə çıxdığı meydandan sülhlə ayrıldı
Bakının “İnter” klubu Bolqarıstanda növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Sofiya MOİK-i ilə üz-üzə gəlib.

Oyun başlamazdan öncə hər iki komandanın heyəti və stadiona toplaşan azarkeşlər Ağdamın işğal olunması nəticəsində həlak olmuş azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. “İnter”in məşqçi heyəti və futbolçular meydana qollarında qara sarğı ilə çıxıblar. Yoldaşlıq oyunu olmasına baxmayaraq, stadiona təxminən 8 min azarkeş toplaşıb. Azərbaycanın Bolqarıstandakı səfirliyinin nümayəndələri də qarşılaşmanı seyr etmək üçün stadiona gəlmişdilər.

Birinci hissənin 38-ci dəqiqəsində qolu rəqib komandanın oyunçusu Rui Miqel vurub. Bakılılar oyunda tarazlığı 93-cü dəqiqədə bərpa etməyə müvəffəq olub. Xaqani Məmmədovun əla ötürməsini Asif Məmmədov dəqiq yerinə yetirdi.
0