“Elə kişi axtarıram ki, o, özünü mənə versin” - FOTO
24.07.2009 - 12:33
“Elə kişi axtarıram ki, o, özünü mənə versin” - FOTO
İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Maurinyonun daha bir heyranı peyda olub. Apasport.az saytının məlumatına görə, bu, paraqvaylı model Klaudia Qalantidir. Cazibədar xanım Maurinyoya aşiq olduğunu açıq-aşkar bildirib: “O, möhtəşəmdir, onun valehedici üz cizgisi var. Maurinyo həqiqətən də böyük məşqçidir”.

Vaxtının çox hissəsini Avropada, o cümlədən İtaliyada keçirən Klaudia portuqaliyalı çalışdırıcı ilə heç olmasa bir dəfə görüşməyi arzulayır. Modelin beynindəki ideal kişi isə belə olmalıdır: “Elə bir kişi axtarıram ki, o, özünü mənə versin”.

Qeyd edək ki, paraqvaylı gözəlçə vaxtilə italiyalı futbolçular Fabio Qalante və Filippo İnzagi ilə eşq macərası yaşayıb.
0