Azərbaycanlı qapıçı türk klubuna keçir
27.07.2009 - 23:09
Azərbaycanlı qapıçı türk klubuna keçir
Bir müddət əvvəl "Bucaspor"un məşqçiləri tərəfindən bəyənilən, amma müqavilə məsələsində anlaşa bilməyən "Karvan"ın keçmiş qapıçısı Vitali Kovalyov karyerasını Türkiyənin Bank Asiya Liqasında davam etdirməyə yaxındır. Apasport.az saytının xəbərinə görə, azərbaycanlı qapıçı bu mövsüm Bank Asiya Liqasına vəsiqə qazanan "Kartalspor"la anlaşıb. "Bucaspor"dan "Kartalspor"un düşərgəsinə yollanan qolkiper komandanın məşqçiləri tərəfindən bəyənilib. Kovalyovun "Kartalspor" rəhbərliyi ilə müqaviləni böyük ölçüdə razılaşdırdığı deyilir. Onun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.
0