“Levski”ni keçmək üçün 500 min dollar
28.07.2009 - 09:34
“Levski”ni keçmək üçün 500 min dollar
“Bakı” klubunun Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinə çıxacağı halda alacağı mükafatın məbləği məlum olub. Apasport.az saytının məlumatına görə, komandamız Bolqarıstanın “Levski” klubunu mübarizədən kənarlaşdırarsa, böyük məbləğdə paraya sahib olacaq. Bolqar mətbuatı klub rəhbərliyinin komanda üzvlərinə yarım milyon dollar vəd etdiyini iddia edir. Həmkarlarımızın fikrincə, üçüncü təsnifat mərhələsində cütün qalibi olmaqla, ən azı Avropa Liqasının qrup mərhələsində yeri təmin olunacaq bakılıların əməyi məhz belə qiymətləndiriləcək.

Qeyd edək ki, “Bakı” və “Levski” arasında bu gün keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq.
0