“Simurq”un bombardiri Ukrayna çempionatında
28.07.2009 - 09:48
“Simurq”un bombardiri Ukrayna çempionatında
Yeni mövsümə Gürcüstanın Batumi şəhərində hazırlaşan Zaqatalanın “Simurq” klubunun Vladimir Mazyarla yollarını ayırması rəsmiləşib. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 32 yaşlı hücumçu Ukraynanın “Zakarpatye” klubuna transfer olunub.

Karyerasını vətənində davam etdirəcək Vladimirin yeni komandası ölkəsinin güclülər dəstəsində mübarizə aparır. 2007-ci ilin əvvəlindən ölkəmizdə çıxış edən Mazyar iki mövsüm yarıma Premyer Liqada 51 oyun keçirərək, 20 qol vurub. O, komandanın güclülər dəstəsi tarixində ən yaxşı bombardiridir.

Qeyd edək ki, zaqatalalılar ötən mövsüm "Standard" klubunun şərəfini qorumuş 26 yaşlı Camal Məmmədovla ümumi razılığa gəliblər. Futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
0