Yığmamızın sabiq qapıçısı axtardığını tapdı
28.07.2009 - 10:05
Yığmamızın sabiq qapıçısı axtardığını tapdı
Azərbaycan yığmasının sabiq qapıçısı Aleksandr Jidkov özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 44 yaşlı veteran futbolçu Rusiyanın “Nosta” klubunun yeni məşqçisi təyin edilib. Jidkov Novotroitski təmsil edən birinci divizion təmsilçisində qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirəcək. O, azərbaycanlı iş adamı Nazim Əfəndiyevin komandasında çalışacaq.

Jidkovun sonuncu iş yeri Rusiyanın ikinci divizionunda çıxış edən Tverin “Volqa” klubu olub. Ancaq o, Emin Ağayevin vitse-kapitan olduğu bu komandada çox az çalışdı. Elə Ağayev də vaxtilə Əfəndiyevin rəhbərlik etdiyi “Nosta”nın üzvü olub.
0