“Bakı”nın rəqibi futbolçularına 1,2 milyon avro mükafat vəd etdi
28.07.2009 - 10:50
“Bakı”nın rəqibi futbolçularına 1,2 milyon avro mükafat vəd etdi
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı”nın rəqibi olan Bolqarıstanın “Levski” klubuna vəd olunan mükafatın məbləği məlum olub. Apasport.az saytının məlumatına görə, Bakıya gələrkən təyyarədə bir neçə aparıcı oyunçu və idman direktoru ilə iclas keçirən klub sahibi Todor Batkov onların qarşısına konkret vəzifə də qoyub.

O, komandasının təkcə “Bakı”nı deyil, həm də növbəti mərhələdəki rəqibini sıradan çıxararaq qrup mərhələsinə düşməsini istəyir. Bunun qarşılığında isə Batkov komanda üzvlərinə 1,2 milyon avro vəd edib. “Levki” qarşıdakı iki rəqibindən birini udub digərinə uduzmaqla Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Belə olan halda, Batkov yarım milyon az xərcə düşəcək. Üç il əvvəl “Levski” Çempionlar Liqasının qrup mərhələsinə düşəndə sahibkar komandaya 950 min avro para paylamışdı.
0