“Levski” klubunun 2 futbolçusu Bakıdakı məşqdə zədələndi
28.07.2009 - 11:11
“Levski” klubunun 2 futbolçusu Bakıdakı məşqdə zədələndi
Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” ilə qarşılaşacaq Bolqarıstanın “Levski” klubu üçün Tofiq Bəhramov adına Respublika stadionu uğursuz arenadır. Apasport.az saytının məlumatına görə, dünən ölkəmizə gəlib oyunun keçiriləcəyi stadionda məşqə çıxan qonaqlar buranı məyus tərk edib.

Buna komandanın birdən-birə iki oyunçusunun zədələnməsi səbəb olub. “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevskinin həmyerlisi – Makedoniya yığmasının üzvü Darko Tasevski sol ayağından aldığı zədə üzündən hazırlığı da yarımçıq dayandırıb. Onun kimi Bakıda zədələnən Xristo Yovovun durumu isə nisbətən qənaətbəxşdir. Makedoniyalıdan əlini üzən “Levski”nin həkimləri Xristonun saat 20:00-da başlayacaq qarşılaşmada oynayacağına ümidini hələ ki, itirməyib.
0