Feliks: Məni elə buna görə alıblar
28.07.2009 - 11:36
Feliks: Məni elə buna görə alıblar
“Biz “Ekranas”dan güclü və növbəti mərhələyə çıxmağa layiq idik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edən “Bakı” klubunun hücumçusu Feliks Felipe Almeyda deyib.

24 yaşlı braziliyalı futbolçu ÇL oyunları öncəsi Nalçikin “Spartak” klubundan icarəyə götürülüb. “Ekranas”la hər iki oyunda fərqlənən, ümumilikdə üç qol vuran Feliks turnirin üçüncü təsnifat mərhələsində çıxmaqda böyük pay sahibi oldu. Çox qısa müddətdə azarkeşlərimizin sevimlisinə çevrilən ucaboylu hücumçu hazırkı durumuna görə çox məmnundur: “Şadam ki, qol vura və azarkeşləri sevindirə bildim. Hər halda, məni elə buna görə alıblar. Əminəm ki, “Levski” ilə oyunlarda da uğurlu nəticə əldə etmək mümkündür. Biz bundan da daha yaxşı oynaya bilərik”.
0