Zlatan İbrahimoviç 5 il “Barselona”da!
28.07.2009 - 12:57
Zlatan İbrahimoviç 5 il “Barselona”da!
Tanınmış isveçli hücumçu Zlatan İbrahimoviçin “Barselona” klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubu 28 yaşlı futbolçunun transferinin müqabilində kamerunlu hücumçu Samuel Eto’O, 46 milyon avro və belaruslu yarımmüdafiəçi Aleksandr Qlebin bir illik icarəsinə sahib çıxıb.

Ötən mövsümün İtaliya A seriyasının bombardiri olan İbrahimoviç (35 oyuna 25 qol) yeni klubu ilə 5 illik müqavilə bağlayıb. Elə keçən mövsüm “Barselona”nın heyətində İspaniya Primerosunun ən sərrast futbolçusu olan Samuel (36 oyuna 30 qol) də “İnter”lə bu müddətə anlaşıb. Artıq rəsmi təqdimetmə mərasimi olan Zlatan “Barselona”da Eto’Onun geydiyi formada, yəni 9 nömrə atında çıxış edəcək.
0