Məşhur Romarionun komanda yoldaşını Azərbaycana kim çağırır?
28.07.2009 - 13:58
Məşhur Romarionun komanda yoldaşını Azərbaycana kim çağırır?
“Azərbaycan, Braziliya, BƏƏ, İspaniya və Rusiya komandalarının nümayəndələri neçə vaxtdır dalımca düşüb. Onların hamısı məni öz komandasında görmək istəyirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri braziliyalı futbolçu Eskuerdinyo deyib.

Tam adı Reys Eduardo Souza olan cənubi amerikalı hazırda formasını geyindiyi “Vihren”dən ayrılmaq niyyətindədir. İki il “Fluminense”nin şərəfini qoruyan və əfsanəvi Romario ilə komanda yoldaşı olmağa imkan tapan Eskuerdinyo bildirib ki, Bolqarıstanı tərk etmək istəyir: “Çünki Braziliya milli komandasında oynamaq arzusundayam. Burada isə diqqətdən kənarda qalmışam. Öz hazırlığım üzərində yaxşı işləmişəm. Peşəkarlıq baxımından yeni komandamın da iddialı olmasını istəyirəm. Lap vətənimə də qayıdaram. Amma Bolqarıstandan gedəcəyəm”.
0