“Neftçi” Asəf Qədirini “Turan”a verib, Paulas Qribauskası qaytardı
28.07.2009 - 14:10
“Neftçi” Asəf Qədirini “Turan”a verib, Paulas Qribauskası qaytardı
Türkiyədəki təlim-məşq toplanışının ikinci mərhələsinə başlayan “Neftçi” artıq məşqləri intensivləşdirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, milli komandanın düşərgəsinə yollanan Elmar Baxşıyev, Rail Məlikov, Tural Nərimanov və qapıçı Elçin Sadıqovla yanaşı, gənclərdən ibarət yığma komandaya çağırılan Eşqin Quliyev də hazırlığa qatılmayıb.

Bunlardan başqa icarə əsasında “Turan”da oynayacaq olan Asəf Qədiri də artıq Tovuza yollanıb. Əvvəlki klubunun xahişini və heyətdəki rəqabəti nəzərə alan “Neftçi” rəhbərliyi Qədirinin icarə verilməsinə etiraz etməyib.

Gündə iki dəfə məşq keçən komandada baxışa gələn futbolçu qapıçı Paulas Qribauskasdır. İyunda Bakıdakı hazırlıqda iştirak edən Qribauskas zədəsinə görə birinci təlim-məşq toplanışına qatılmamışdı. Onun komandada qalıb-qalmayacağına yaxın günlərdə qərar veriləcək. Qapıçının ilk sınağı bu gün “Bayrampaşa” klubu ilə keçiriləcək oyunda baş tutacaq.
0