“Bakı” “Levski”ni qapıçısız qoya bilər
28.07.2009 - 14:47
“Bakı” “Levski”ni qapıçısız qoya bilər
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” ilə qarşılaşacaq Bolqarıstanın “Levski” klubu yaxın gələcəklə bağlı planlarına tam aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Sofiya təmsilçisinin sahibi Todor Batkov komandasının “Bakı” səddini keçməyəcəyi halda atacağı addımı müəyyənləşdirib.

“Levski” Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinə çıxmasa, xarici klubların diqqət mərkəzində olan futbolçularını itirəcək. Batkov qrup mərhələsinə yüksəlməklə yaxşı para qazanmayan klubun büdcəsində yaranacaq boşluğu iki aparıcı oyunçusunun transferi ilə doldurmağı planlaşdırıb. O, qapıçı Georgi Petkov və hücumçu Nikolay Dimitrovu əcnəbi klublara keçidində də qazanc olduğunu bildiyindən bu addımı atacaq. Lakin bu iki futbolçunun satılması üçün “Bakı”nın mərhələ adlaması lazımdır.

Qeyd edək ki, Batkov komandasının mərhələ keçəcəyi təqdirdə çox səviyyəli hücumçu alacağını vəd edib.
0