“Barselona”nın hədəfində futbolçu yox, məşhur aktrisadır - FOTO
05.08.2009 - 17:41
“Barselona”nın hədəfində futbolçu yox, məşhur aktrisadır - FOTO
İspaniyanın “Barselona” klubu şok transfer etmək niyyətindədir. Söhbət heç də hansısa ulduz futbolçudan yox, tanınmış amerikalı aktrisa Yeva Lonqoriyadan gedir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının son qalibi seksuallığı ilə ad çıxaran gözəlçənin xidmətlərində maraqlıdır.

Yevaya “Barselona”nın ABŞ-da səfiri olmaq təklif edilib. Lonqoriya klubun brendinin okeanın o tayında da məşhurlaşmasına çalışmalıdır. Aktrisanın “Loreal” şirkəti ilə uğurlu əməkdaşlığını görən barselonalılar xanımın onları da eyni dərəcədə məşhurlaşdıracağına inanırlar.

Qeyd edək ki, Yeva Milli Basketbol Assosiasiyasında oynayan fransız idmançı ilə ailə qurub. Özü də 34 yaşlı xanım təkcə Hollivudda aktrisalıq etməklə kifayətlənmir. Uşaqlara qarşı sərt davranışlara aid sənədli filmin rejissoru olan Lonqoriya bir çox xeyriyyə tədbirlərinə də qatılıb.
0