“Turan”ın stadionunun yeni görkəmi - FOTO
06.08.2009 - 11:56
“Turan”ın stadionunun yeni görkəmi - FOTO
“Turan” klubunun ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda Premyer Liqanın növbəti mövsümünə hazırlıq işləri aparılır. Apasport.az saytının məlumatına görə, bu məqsədlə arena təmir olunur, yenidənqurma işləri görülür. Bunun sayəsində azarkeşlər gələn çempionatda “Turan”ın iştirakı ilə baş tutacaq qarşılaşmaları daha rahat şəraitdə izləyə biləcəklər.

Eyni zamanda, qapının arxa hissəsinə də əl gəzdirilir. Təmir və bərpa işlərinin Premyer Liqanın startınadək yekunlaşdırılması nəzərdə tutulub.
0