Bir gözəlçəyə vəd verdi, “Bakı”nın qapısına qol vurdu - FOTO
07.08.2009 - 18:33
Bir gözəlçəyə vəd verdi, “Bakı”nın qapısına qol vurdu - FOTO
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı”nı məğlub etmiş Bolqarıstanın “Levski” klubunun ikinci qolu vurmasının səbəbi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ikinci qolun müəllifi Georgi Xristov həmin gün fərqlənməyə söz veribmiş. 24 yaşlı hücumçu öz gözəlçəsi qarşısında vədinə xilaf çıxmayıb.

Georgi “Bakı” ilə cavab qarşılaşmasında hesabı 2:0-a çatdırmaqla, qolu yeni sevgilisi Angelinkaya həsr edib. Məhz bundan sonra Xristovun gizli məhəbbətinin üstü açılıb. Demə, hücumçu bir müddətdir Angelinka ilə eşq macərası yaşayırmış. Bu 18 yaşlı xanım Bolqarıstanda məşhur olan “Biq Brazer IV” şousunun iştirakçılarından biri kimi ölkədə tanınıb.

Amma Xristov Angelinkaya tam sahib də ola bilmir. Çünki dəcəllik edən qız 3 ildir birgə olduğu digər futbolçunu da əldən buraxmaq istəmir. Gözəlçə indi həm Xristovla, həm də “Maritsa”nın qapıçısı Teodor Skorçevlə görüşür.
0