“Qarabağ”dan qalmaqalla ayrılmış məşqçi yeni komandada
10.08.2009 - 11:46
“Qarabağ”dan qalmaqalla ayrılmış məşqçi yeni komandada
Ağdamın “Qarabağ” klubundan qalmaqalla ayrılmış türk məşqçi Mehmet Ak özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı çalışdırıcı Türkiyə çempionatının III liqa təmsilçisi “Bursa Nilüferspor”a baş məşqçi təyin olunub. Türkiyə mətbuatının yaydığı xəbərdə bildirilir ki, o, Ersoy Sandalcını əvəzləyib.

Xatırladaq ki, fiziki hazırlıq üzrə məşqçi işləmiş Mehmet Ak “Qarabağ”dan 2008/09 mövsümünün sonunda ayrılıb. Onun Ağdam klubunu qəfil tərk etməsinə isə dava-dalaşın səbəb olduğu bildirilir. “İnter”lə ölkə kubokunun final matçına hazırlıq zamanı Ak baş məşqçi Qurban Qurbanovla mübahisə edib. Az qala dava-dalaşla nəticələnəcək mübahisəni çətinliklə də olsa, yatırmaq mümkün olub. Bundan sonra Ak vətəninə qayıtmaq qərarına gəlib.
0