“Qarabağ”ın rəqibi hansı addımı atdı? - FOTOSESSİYA
10.08.2009 - 16:42
“Qarabağ”ın rəqibi hansı addımı atdı? - FOTOSESSİYA
Avropa Liqasının dördüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq “Tvente”nin qapıçısı Nikolay Mixaylov məsul oyunlar ərəfəsində qəti addım atıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstan yığmasının da şərəfini qoruyan futbolçu sevgilisindən ayrılıb.

21 yaşlı qapıçı bir ildir isti münasibətdə olduğu həmyerlisi Aleksandra Arabaciyevanı unutmaq qərarına gəlib. Bolqar futbolçunun bu addımı atmasında sabiq sevgilisinin atçılıq idmanı ilə məşğul olmasının da müəyyən qədər rol oynayıb. Mixaylov kimi Aleksandra da başqa ölkədə - Almaniyadakı idman klublarının birində hazırlıq keçir.

Ayrı-ayrı ölkələrdə yaşayan sevgililər bir-biri ilə görüşmək üçün bəzən məşqləri də qurban veriblər. Avropa Liqasında və daxili yarışlarda sözünü demək istəyən Nikolay isə belə vəziyyətlə razılaşmayıb: “Artıq bəsdir! Bütün fikrimi futbola yönəltmək istəyirəm”.

Qeyd edək ki, “Qarabağ”la “Tvente” arasında ilk oyun avqustun 20-də Hollandiyada keçiriləcək.
0