Madonnanın keçmiş həyat yoldaşından Arşavinə təklif
19.08.2009 - 15:13
Madonnanın keçmiş həyat yoldaşından Arşavinə təklif
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının kapitanı Andrey Arşavin yeni təklif alıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Arsenal” klubunun şərəfini qoruyan futbolçu yaşıl meydanları çəkiliş meydanlarına dəyişə bilər. Təbii ki, müvəqqəti.

Məsələ ondadır ki, məşhur rejissor, dünya şöhrətli müğənni Madonnanın sabiq həyat yoldaşı Qay Riçi 29 yaşlı hücumçunu filmə çəkilməyə dəvət edib. Andrey “Arsenal”a səs-küylü keçidi ilə bağlı çəkilən filmdə özü də obraz yaratmalıdır. Rusiyalı futbolçu bu filmdə epizodik rol ifa edəcək. Elə bu da ona 3 milyon avro qazanc gətirəcək.
0