“Şaxtyor” Türkiyədə sürprizlə qarşılaşdı
19.08.2009 - 15:47
“Şaxtyor” Türkiyədə sürprizlə qarşılaşdı
Donetskin “Şaxtyor” klubu Avropa Liqasının dördüncü təsnifat mərhələsində “Sivasspor”la qarşılaşmaq məqsədilə Türkiyəyə gəlib. Amma səfər ukraynalılar üçün heç də yaxşı başlamayıb. Apasport.az saytının məlumatına görə, “Şaxtyor” komandası mənzil başına çatan kimi, sürprizlə üzləşib.

Klubu gətirən təyyarə Türkiyəyə düşəndən sonra yarım saat ərzində futbolçuların təyyarədən çıxmalarına qadağa qoyublar. Hər bir oyunçu “donuz qripi”nə yoluxmuş xəstələrlə ünsiyyətdə olub-olmamasına dair sorğunu doldurub. Daha sonra təyyarənin zalına rezin əlcəklər və həkim maskaları geyinmiş insanlar daxil olublar. Onlar nümayəndə heyəti üzvlərinin temperaturunu xüsusi termometrlərlə yoxlayıblar. Yalnız bu prosedurdan sonra Mirça Luçeskunun yetirmələrini təyyarədən buraxılıblar.

Qeyd edək ki, “Sivasspor” - “Şaxtyor” matçı sabah keçiriləcək.
0