Ponomaryov Səmədovdan danışdı
19.08.2009 - 16:08
Ponomaryov Səmədovdan danışdı
Rusiyanın “Moskva” klubunda oynayan Aleksandr Səmədov cəzalandırıla bilər. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi (NİK) əslən azərbaycanlı futbolçunun ölkə çempionatının son turundakı hərəkətlərinə qiymət verəcək.

Belə ki, Moskva “Spartak”ının azarkeşləri Səmədovun oyun zamanı onlara qarşı qeyri-etik jestlər göstərməsini iddia edirlər. Məsələyə münasibət bildirən NİK-in üzvü Vladimir Ponomaryov mümkün cəzadan danışıb: “İclasda bu epizodu da müzakirə edəcəyik. Əgər həqiqətən futbolçu “Spartak” azarkeşlərinin iddia etdiyi kimi onlara ədəbsiz jest göstəribsə, onu cəzalandırmaq mümkündür”.
0