Söz verib aldatdı onu... - FOTO
19.08.2009 - 16:55
Söz verib aldatdı onu... - FOTO
Rumıniya milli komandasının futbolçusu Çiprian Marika sevgilisindən ayrılıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Ştutqart” klubunun şərəfini qoruyan 23 yaşlı hücumçu porno-aktrisa Cina Pistolla eşq macərasına son qoyub.

Onlar bir neçə ay öncə Rumıniyanın paytaxtı Buxarestdə diskotekaların birində tanış olublar. Ancaq cütlüyün birgə günləri çox sürməyib. Ayrılığa Cinanın vədinə əməl etməməsi səbəb olub. O, bir də barda çıxış etməyəcəyi və jurnallar üçün poza verməyəcəyi ilə bağlı futbolçuya söz verib. Lakin porno-aktrisa vədinə xilaf çıxıb. Sevgilisinin şəkillərini “Playboy”da görən Çiprian hər şeyin bitməsinə qərar verib.

Qeyd edək ki, məşhur FHM jurnalının Rumıniya variantında Cina ən gözəl 100 qadın arasında birinci pillədə qərarlaşıb.
0