Stiv Maklaren: “Qarabağ”la oyunda ən təhlükəli rəqib bizik
20.08.2009 - 10:42
Stiv Maklaren: “Qarabağ”la oyunda ən təhlükəli rəqib bizik
“Rəqibimizi çox yaxşı öyrənmişik. Onların “Honka” və “Rusenborq”la görüşlərinin video yazısını izləmişik. “Qarabağ” hörmətə layiq komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın “Tvente” klubunun baş məşqçisi Stiv Maklaren deyib.

Avropa Liqasının dördüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq enshedelilərin ingilis çalışdırıcısı cütün taleyini “zanbaqlar ölkəsi”ndə həll etmək istəyir: “Ağdamlılar futbol oynamağı bacarırlar. Lakin biz rəqibimizin növbəti dəfə sensasiya etməsinə imkan verməyəcəyik. “Qarabağ”la oyunda bizim ən böyük rəqibimiz elə özümüzük. Bu matçda konsentrasiyanı itirməməliyik ki, məqsədimizə çatıb mərhələ keçək. Cütün taleyini ilk qarşılaşmada həll etməliyik ki, cavab matçında rəqibin şansı az olsun. “Qarabağ” Azərbaycanda ölkənin fəxri sayılır. Bu səbəbdən insanlar komandanı dəstəkləməyə gələcək. Ona görə də öz meydanımızda qələbə qazanmaqla yanaşı, qol da buraxmamalıyıq”.
0