İqor Semşov Azərbaycandan nə gözləyirmiş?
20.08.2009 - 11:37
İqor Semşov Azərbaycandan nə gözləyirmiş?
Rusiya milli komandasının futbolçusu İqor Semşov Azərbaycan yığmasının Almaniya ilə keçirilən oyunda xal ala biləcəyinə inanırmış. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburqun “Zenit” klubunda çıxış edən yarımmüdafiəçi avqustun 12-də Bakıda baş tutan qarşılaşmada sensasiyanın qeydə alınmasını gözləyirmiş.

Dünya çempionatının seçmə mərhələsinin IV qrupunda keçirilən həmin matçın liderlik iddiasında olan rusiyalılar üçün qənaətbəxş nəticənin qeydə alınmaması da Semşov üçün gözlənilməz olmayıb: “Futbolda hər şey olur. Bu səbəbdən də əsas rəqiblərimiz olan almaniyalıların xal itirəcəyinə inamım var idi. Amma oyun tam başqa şeyi göstərdi. Almaniya növbəti dəfə öz səviyyəsini nümayiş etdirdi”.

Qeyd edək ki, avqustun 12-də keçirilən Azərbaycan – Almaniya oyununda qonaqlar hər hissədə bir qol vuraraq, 2:0 hesabı ilə qalib gəlib.
0