Erotik filmə dəvət alan olimpiya çempionu iş başında yaxalandı
20.08.2009 - 16:42
Erotik filmə dəvət alan olimpiya çempionu iş başında yaxalandı
İtaliyalı xanım üzgüçü, Pekin Yay Olimpiya Oyunlarının qalibi Federika Pelleqrini papatsilərin hədəfinə tuş gəlib. Apasport.az saytının məlumatına görə, 20 yaşlı idmançı İtaliyanın Kosta Smeralda kurort şəhərinin çimərliyində sevgilisi ilə birgə yaxalanıb. Onun sevgilisi də üzgüçüdür - Avropa çempionatında İtaliyaya qızıl medal qazandırmış Luka Marin.

Heç nədən xəbəri olmayan cütlük çimərlikdə əsl yataq səhnələri yaradıblar. Kadrlarda xüsusilə, Lukanın fəallığı gözə çarpır. Onun Pelleqrinini durmadan öpdüyü, əzizlədiyi açıq-aşkar görünür. Daha sonra onlar çimərliyin digər hissəsinə gedərək, həmkarları Emiliana Brembila və Masimiliano Rosolinoya qoşulurlar. Amma burada da Luka ilə Federike öz işlərindən qalmırlar və tez-tez bir-birlərini qucaqlayır, öpürlər...

Qeyd edək ki, Pelleqrini olimpiya çempionu olduqdan sonra ona erotik filmdə çəkilmək dəvəti gəlmişdi. Ancaq İtaliya Üzgüçülük Federasiyasının rəhbərliyi buna etirazını bildirmişdi. Hər halda, Federika arzusunu qismən reallaşdırıb. O, bir müddət öncə “Fox” jurnalına çılpaq pozalar verməyə imkan tapıb.
0