Bir azarkeş bir oyunu korladı - FOTO
21.08.2009 - 13:10
Bir azarkeş bir oyunu korladı - FOTO
Bir azarkeş bir oyunu sözün əsl mənasında, korlayıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının dördüncü təsnifat mərhələsində Buxarestdə keçirilən “Dinamo” (Rumıniya) - “Slovan” (Çexiya) matçı qəzəbli fanatın ucbatından təxirə salınıb.

Oyun qonaqların hücumları ilə başlayıb. 6-cı dəqiqədə Lişka hesabı açıb. Matçın 84-cü dəqiqəsində “Slovan” fərqi 2-yə çatdırıb. Bundan 4 dəqiqə sonra isə ara qarışıb. Doğma komandasının 0:2 hesabı ilə uduzmasını görən “Dinamo”nun azarkeşi əsəblərini cilovlaya bilməyərək oturacağı sındırıb və onu başının üzərinə qaldıraraq, meydançaya daxil olub. Onun ardınca, bir qrup fanat da meydançaya girib.

Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər. Lakin görüşün almaniyalı baş hakimi Tomas Eynvaller oyunu təxirə salmaq barədə qərar verib. “Dinamo”ya texniki məğlubiyyət veriləcəyi və 3 il avrokuboklardan uzaqlaşdırılacağı gözlənilir.
0