“Futbolçu xanımları” serialında 4 qəhrəman - FOTO
24.08.2009 - 13:30
“Futbolçu xanımları” serialında 4 qəhrəman - FOTO
Bolqarıstanda “Super media” şirkəti tərəfindən çəkilən 13 seriyalıq filmin ilk hissəsi hazırdır. Apasport.az saytının məlumatına görə, birinci seriya “Futbolçu xanımları” adlanır. Filmdə futbolla bağlı olan 4 şəxsin yaxın ətrafındakı xanımlar çəkiləcək. Bunlar “Botev” klubunun qapıçısı Slavço Toşevin rəfiqəsi, teleaparıcı Simona Pırvanova, Sofiya MOİK-inin islandiyalı futbolçusu Qardar Qunlauqsonun həyat yoldaşı Asdis Rаn, “hərbçilər”in digər üzvü Yordan Todorovun xanımı Yelena Todorova və “Lokomotiv”in rəsmisi Georgi Baçevin sevgilisi Denitsa Xristosdur. Filmdə adıçəkilən 4 xanımın özəl həyatlarından bəhs olunacaq, onların hansı səbəbdən jurnallara çılpaq poza verdikləri aydınlaşdırılacaq. Bu seriya şənbə günü efirə çıxacaq.

Fotolarda: 1. Simona Pırvanova, 2. Asdis Rаn, 3. Yelena Todorova, 4. Denitsa Xristos
0