Milli komandamızdan ispanlara dərs
26.08.2009 - 10:34
Milli komandamızdan ispanlara dərs
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatına hazırlıq məqsədilə Türkiyənin İzmir şəhərində qatıldığı beynəlxalq turnirdə ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri İspaniyanı sınağa çəkib.

Voleybolçularımız Pireney yarımadası təmsilçilərini 3:0 (26:24, 25:17, 25:18) hesabı ilə məğlub ediblər. Hazırda milli komandamız Türkiyə ilə 1-2-ci yerləri bölüşdürür. Bizim kimi, meydan sahibləri də birinci qarşılaşmada ispanları eyni hesabla üstələmişdilər.

Bu gün yığmamız Türkiyə ilə üz-üzə gələcək. Qarayevin komandası ikinci dövrənin oyunlarını avqustun 28-də və 29-da keçirəcək. Həmin günlərdə rəqibimiz müvafiq olaraq, İspaniya və Türkiyə olacaq.
0