“Bakı” klubunun futbolçusu həyat yoldaşının soyadı ilə gəzir
26.08.2009 - 10:49
“Bakı” klubunun futbolçusu həyat yoldaşının soyadı ilə gəzir
“Bakı” klubunun futbolçusu Feliks Felipe Almeyda soyadını dəyişib. Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu Rusiyada oynadığı vaxt ailə həyatı qurarkən gürcü xanımının soyadını qəbul edib. Belə ki, Nalçikin “Spartak” klubundan icarəyə götürülən legionerin rəsmi ad və soyadı Feliks Felipe Almeyda-Kvaçantiradzedir.
Qeyd edək ki, Felisk “Bakı”nın heyətində keçirdiyi 4 rəsmi oyunda 3 qol vurub.

Extratime.az
0