Püşk çəkildi, rəqiblərimiz bilindi
26.08.2009 - 12:14
Püşk çəkildi, rəqiblərimiz bilindi
Bu gün Hollandiyanın paytaxtı Rotterdamda cüdo üzrə növbəti dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, 100 ölkədən 543 idmançının qatıldığı yarışda Azərbaycan təmsilçiləri də iştirak edir. Çempionatda ölkəmizin idman şərəfini 5 kişi və 1 qadın cüdoçu qoruyur.

Reqlamentə əsasən, açılış günündə yalnız bir həmyerlimiz - Sərxan Əhmədov tatami üzərinə çıxacaq. Digər cüdoçularımıza gəlincə, Elçin Qasımov, Kifayət Qasımova sabah, Ramin Qurbanov avqustun 28-də, Elxan Məmmədov ayın 29-da, Elmar Qasımov isə yarışın sonuncu günü, ayın 30-da öz bacarığını nümayiş etdirəcək.

Artıq idmançılarımızın rəqibləri də məlumdur:

66 kq (46 iştirakçı)
Sərxan Əhmədov - Roberto İbanes (Ekvador)
Cütün qalibi 1/16 finalda kanadalı Mişel Popyellə qarşılaşacaq.

73 kq (63 iştirakçı)
Elçin Qasımov - Jilye Bonhomm (Fransa)
Cütün qalibi 1/16 finalda ya iordoniyalı Əhməd Ələthameen, ya da qanalı Emmanuel Narteylə qarşılaşacaq.

81 kq (56 iştirakçı)
Ramin Qurbanov – Gilyermo Bouza (Uruqvay)
Cütün qalibi 1/16 finalda ya slovakiyalı Alyaz Sedey, ya da amerikalı Travis Stevenslə qarşılaşacaq.

90 kq (45 iştirakçı)
Elxan Məmmədov – Tomislav Vuçak (Xorvatiya)
Cütün qalibi 1/16 finalda mərakeşli Məhəmməd Əl-Əssri ilə qarşılaşacaq.

100 kq (43 iştirakçı)
Elmar Qasımov - Camaləddin Əliyev (ABŞ)
Cütün qalibi 1/16 finalda israilli Aryel Zeevi ilə qarşılaşacaq.

57 kq (38 iştirakçı)
Kifayət Qasımova mübarizəyə birbaşa 1/16 final mərhələsindən başlayacaq. O, İrina Zabludina (Rusiya) - Emili Bensted (Avstraliya) cütünün qalibi ilə görüşəcək.
0