Milli komandamız Türkiyəyə uduzdu
26.08.2009 - 23:00
Milli komandamız Türkiyəyə uduzdu
İzmir şəhərində Türkiyə, Azərbaycan və İspaniyanın qadın voleybol milli komandaları arasında beynəlxalq turnir keçirilir. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız yarışda ikinci oyununa çıxıb. Meydan sahibləri ilə görüşdə voleybolçularımız yalnız bir setə sevinib. Digər üç setdə qələbə qazanan Türkiyə yığması komandamızı məğlubiyyətə uğradıb. Bu, türkiyəlilərin qazandığı ardıcıl ikinci qələbə olub. Belə ki, yığmamız kimi, meydan sahibləri də ilk turda İspaniyanı üstələmişdi.

Voleybolçularımız ikinci dövrənin oyunlarını avqustun 28-də və 29-da keçirəcək. Həmin günlərdə rəqibimiz müvafiq olaraq, İspaniya və Türkiyə olacaq.
0