Futbolçu yeni komanda yoldaşını döydü - FOTO
27.08.2009 - 10:43
Futbolçu yeni komanda yoldaşını döydü - FOTO
Almaniyanın çempionu “Volfsburq”un məşqində qalmaqal düşüb. Apasport.az saytının məlumatına görə, bosniyalı futbolçu Edin Ceko komandaya yeni transfer olunmuş əlcəzairli Kərim Ziani ilə yumruq davasına çıxıb.

Narazılıq “Volfsburq”un ikitərəfli oyununda yaranıb. Kərim Bosniya yığmasının da şərəfini qoruyan Cekoya qarşı kobud mübarizə aparıb. Bu isə qarşı tərəfin xoşuna gəlməyib. Nəticədə futbolçular bir-birləri ilə əlbəyaxa olub, yumruqlaşıblar. Dərhal araya girən texniki heyət üzvləri və digər futbolçular dalaşanları sakitləşdiriblər. Futbolçuların yumruqlaşması isə məşqi izləyən bir fotoqrafın obyektivindən yayınmayıb.
0