Oruc açmaq üçün oyunu dayandırdılar
27.08.2009 - 12:12
Oruc açmaq üçün oyunu dayandırdılar
Türkiyədə müqəddəs Ramazan ayına bir daha hörmət nümayiş etdirilib. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi “Dənizlispor”un “Nazilli Bələdiyyəspor”la yoldaşlıq görüşü məhz dini etiqadlar üzündən dayandırılıb.

Belə ki, matçın 28-ci dəqiqəsində azan səsi eşidilib. İftar vaxtı olduğunu anlayan baş hakim Özkan Çeliker dərhal oyunu dayandırıb. Bununla da, o, yan xətt hakiminin orucunu açmasına imkan yaradıb. Yan xətt hakimi su ilə orucunu açıb və 5 dəqiqəlik fasilədən sonra qarşılaşma davam etdirilib.
0