Bu dəfə cüdoçumuz əliboş qaldı - YENİLƏNİB
28.08.2009 - 13:50
Bu dəfə cüdoçumuz əliboş qaldı - YENİLƏNİB
Hollandiyanın paytaxtı Rotterdamda təşkil olunan cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın daha bir təmsilçisi mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramin Qurbanov (81 kq) tatamiyə çıxıb.

İlk mərhələdə uruqvaylı Gilyermo Bouza ilə qarşılaşan həmvətənimiz rəqibini 2 dəfə vazari fəndinə salaraq, asan qələbə qazanıb. Lakin Qurbanov 1/16 finalda Alyaz Sedeyin (Slovakiya) ipponundan yaxa qurtara bilməyib. Beləliklə, 1/4 finaldan tez uduzan Ramin təsəlliverici mərhələyə qatılmaq şansını da itirib və çempionatla erkən vidalaşıb.

Digər cüdoçularımız Elxan Məmmədov (90 kq) sabah, Elmar Qasımov (100 kq) isə çempionatın sonuncu günü, ayın 30-da öz bacarığını nümayiş etdirəcək.

Qeyd edək ki, dünya çempionatında yığmamızın hesabında artıq bir medal var. Kifayət Qasımova (57 kq) bürünc medala layiq görülüb. Sərxan Əhmədovla (66 kq) Elçin Qasımov (73 kq) yarışı əliboş başa vurub.
0