Yaponlar Kifayət Qasımovadan nə istəyir?
30.08.2009 - 20:59
Yaponlar Kifayət Qasımovadan nə istəyir?
Dekabrın 11- dən 13-dək Tokioda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin təşkilatçıları Azərbaycan idmançısı Kifayət Qasımovaya yarışlarda iştirak etməsi üçün rəsmi dəvət göndərib. Apasport.az saytının məlumatına görə, “Böyük dəbilqə” yarışlarında ənənəyə əsasən Olimpiadaların və dünya çempionatlarının mükafatçıları iştirak edirlər. Azərbaycan idmançısı Rotterdamda keçirilmiş dünya çempionatında bürünc medal qazandığı üçün birbaşa Tokio turnirinə dəvət olunanlar sırasına düşüb.

Turnirin mükafat fondu 154 min ABŞ dollarına bərabərdir.

AzərTac
0