Milanda rəqibləri gözləyirik
31.08.2009 - 12:30
Milanda rəqibləri gözləyirik
Sabah İtaliyanın Milan şəhərində boks üzrə növbəti dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışa Azərbaycanın 10 idmançısı qatılacaq. Sentyabrın 12-dək davam edəcək çempionatda həmyerlilərimizdən Elvin Məmişzadə (48 kq), Nihad Həsənov (51 kq), Rahim Nəcəfov (54 kq), İlkin Ağayev (57 kq), Ruslan Qasımov (60 kq), Ramal Amanov (64 kq), Emil Məhərrəmov (69 kq), Fərid Ağayev (75 kq), Elnur Qədirov (81 kq) və Elçin Əlizadə (91 kq) döyüşəcək.

Artıq milli komandamız Milandadır. Çempionatın püşkü bu gün axşam saatlarında atılacaq və məhz bundan sonra baş məşqçi Nəriman Abdullayevin yetirmələrinin rəqibləri bilinəcək.
0