72 yaşlı olimpiya çempionuna basqın etdilər - FOTO
31.08.2009 - 18:34
72 yaşlı olimpiya çempionuna basqın etdilər - FOTO
Üzgüçülük üzrə dördqat olimpiya çempionu Don Freyzer xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, avqustun 30-da naməlum bir kişi avstraliyalı xanım idmançının evinə basqın edib. Lakin Freyzer qadın olmasına baxmayaraq, özünü oğrudan müdafiə etməyi bacarıb.

Olimpiya çempionu öncə kişinin saçından tutub və onun qasıq nahiyəsinə zərbə vurub. Daha sonra veteran idmançı dostunu köməyə çağırıb. Dostu cinayətkarı döşəməyə uzandırıb və polis gələnədək onu buraxmayıb.

Qeyd edək ki, sentyabrın 4-də 72 yaşını qeyd edəcək Freyzer 1956-cı il Melburn, 1960-cı il Roma və 1964-cü il Tokio Yay Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sərbəst üsulla üzən idmançı Melburnda üstəlik 4 x 100 metr məsafəyə estafet yarışında da qızıl medal qazanıb. 1956-cı ildən 1972-ci ilədək 100 metr məsafəyə üzgüçülükdə dünya rekordu ona məxsus olub.
0