Azərbaycanlılar Koreya çempionatında fərqləndilər
02.09.2009 - 18:30
Azərbaycanlılar Koreya çempionatında fərqləndilər
Azərbaycanın taekvondo üzrə yığma komandası Koreyanın açıq çempionatının mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, 1994-1996-cı il təvəllüdlü idmançıların yarışında İmran Zalov (57 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq, birinci yeri tutub. O, finalda rusiyalı Maqomed Özdəmirovu təslim edib. Bundan əlavə, Zalov turnir çərçivəsində keçirilmiş “Çempionların döyüşü” yarışında da uğurla çıxış edərək, qızıl medala layiq görülüb.

Qızların yarışında Fəridə Əzizova (52 kq) çempion olub. O, Meksika, İran və Rusiya idmançılarına qalib gəlib. Digər idmançılarımızdan İlkin Şahbazov (74 kq) gümüş, Aydın Bəhmənov (78 kq) isə bürünc medala sahib çıxıblar.
0