Mariya Stadnikin rəqibi şou-biznesə keçdi - FOTOSESSİYA
10.09.2009 - 16:37
Mariya Stadnikin rəqibi şou-biznesə keçdi - FOTOSESSİYA
2004-cü il Afina Olimpiadasının triumfatoru, 4 il sonra Pekində baş tutan yarışların bürünc mükafatını qazanan İrina Merleni 11 gündən sonra start götürəcək dünya çempionatına qatılmayacaq. Apasport.az saytının məlumatına görə, sentyabrın 21-də Danimarkanın Herninq şəhərində start götürəcək dünya birinciliyində 48 kq çəki dərəcəsində qələbəyə əsas namizədlərdən olan ukraynalı xanım döşəyi şou-biznesə dəyişməyə qərar verib.

Azərbaycanı təmsil edən həmyerlisi Mariya Stadnikin əsas rəqiblərindən sayılan Merleninin bu addımı onun rəqsə olan sevgisi ilə bağlıdır. Belə ki, 4 ay əvvəl rəqs üzrə telelayihənin qalibi olan İrina dünya çempionu olmaq üçün yenidən məşqləri bərpa etmişdi. Lakin gözəlçə yenidən fikrini dəyişib. Merleni bunun təkcə şou-bizneslə əlaqədar olmadığını açıqlayıb: “Gələn ay dizimi əməliyyat etdirəcəyəm. Həm də bu çempionatın mənası yoxdur. Çünki olimpiaya lisenziyası vermir”.

Qeyd edək ki, artıq ukraynalı müğənnilərdən biri ilə mahnı yazdıran güləşçi solo albom hazırlamaq üçün çalışır.
0