Cüdoçularımızın Ermənistandakı rəqibləri
10.09.2009 - 22:49
Cüdoçularımızın Ermənistandakı rəqibləri
Bu gün Ermənistanın paytaxtı İrəvanda təşkil olunan gənc cüdoçular arasında Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini qoruyan idmançıların da rəqibləri müəyyənləşib.

Beləliklə, İlqar Müşkiyev (55 kq) ikinci mərhələdən mübarizəyə qoşulacaq. Onun rəqibi ya britaniyalı Brendon Corc, ya da ispaniyalı Viktor Qarsiya olacaq. 60 kq çəki dərəcəsində yarışan Rasim Əsədullayev isə Artyom Xarçenko (Ukrayna) – Aleksandr Lundkvist (İsveç) cütünün qalibini gözləyir.

Digər cüdoçularımıza gəlincə, Fəqan Eminoğlu (66 kq) estoniyalı Evert Roopson, Ramin Qurbanov (81 kq) britaniyalı Kreyq Stuart, Elmar Qasımov (100 kq) isə fransalı Klement Delvlə güləşəcək. Sabah start götürəcək çempionat iki gün davam edəcək.
0