Cüdoçularımız Ermənistanı şoka saldılar
13.09.2009 - 19:47
Cüdoçularımız Ermənistanı şoka saldılar
Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında Azərbaycanın gənc cüdoçuları tarix yazıblar. Apasport.az saytının məlumatına görə, yarışda 5-ci dəfə bayrağımız dalğalanmaqla yanaşı, dövlət himnimiz də səslənib.

Belə ki, bu gün tatami üzərinə çıxan Elmar Qasımov (100 kq) bütün rəqblərini üstələyərək, qitə çempionu olub. Amma mükafatlandırma mərasimi heç də qalmaqalsız ötüşməyib. Dövlət himnimz yarımçıq səslənib.

Qeyd edək ki, digər cüdoçularımızdan İlqar Müşkiyev (55 kq) gümüş, Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq) və Ramin Qurbanov (81 kq) isə bürünc medala layiq görülüb.
0