Bakıda Avropa Cüdo Mərkəzi tikiləcək
17.09.2009 - 11:24
Bakıda Avropa Cüdo Mərkəzi tikiləcək
“Bakıda cüdo kompleksi tikiləcək. Artıq bu kompleksin tikintisi üçün torpaq sahəsi ayrılıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov deyib.

Bu gün Milli Olimpiya Komitəsində gənc cüdoçuların Ermənistanda keçirilən Avropa çempionatındakı nəticələri ilə bağlı təşkil olunan tədbirdən sonra Ələkbərov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, kompleksin layihəsi əcnəbi memar tərəfindən hazırlanacaq: “Kompleksin layihəsini Avropa Cüdo Federasiyası tərəfindən göndərilən memar hazırlayacaq. Tikiləcək kompleks Avropa Cüdo Mərkəzi adlanacaq. Avropa çempionatı bir daha göstərdi ki, perspektivli idmançılarımız var. Ehtiyat qüvvəmiz kifayət qədərdir. İndi 2012-ci ildə keçiriləcək London Olimpiadasına hazırlaşırıq. 15 idmançımız var ki, orada uğurlu çıxış edə bilər”.
0