Voleybol yığmamızın Avropa çempionatında oyunlarının təqvimi
24.09.2009 - 09:59
Voleybol yığmamızın Avropa çempionatında oyunlarının təqvimi
Sabah Polşada qadın voleybolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının qrup mərhələsinin oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, D qrupunda qərarlaşan Azərbaycan yığması ilk görüşünü Serbiyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Sentyabrın 26-da eyni saatda isə Faiq Qarayevin yetirmələri Slovakiya millisi önünə çıxacaq. Komandamızın qrupda son matçı sentyabrın 27-də Çexiyaya qarşı olacaq bə bu qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayacaq.
0