Dünya çempionu yığmamıza göz açmağa imkan vermədi
29.09.2009 - 21:02
Dünya çempionu yığmamıza göz açmağa imkan vermədi
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Faiq Qarayevin çalışdırdığı milli komanda Polşada keçirilən həlledici mərhələdə İtaliyaya uduzub. Dünya çempionlar yığmamıza heç bir şans verməyərək, 3:0 hesablı qələbə qazanıb. Komandamız növbəti günlərdə Almaniya və Türkiyə ilə qarşılaşacaq.
0